Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

19 noyabr 2015 | 11:00

Yasamal rayonunda Ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirildi.

Tədbir Dövlət Himninin səslənməsi ilə başladı. Bildirildi ki, ölkəmizdə məhkəmə orqanları, bütövlükdə Ədliyyə sistemi Avropa standartlarına və ən humanist demokratik dəyərlərə uyğun fəaliyyət göstərməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub.

Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi müəyyənləşdirilib. O gündən Ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər. Bu gün isə Prezident İlham Əliyev ölkədə ədalətin, sabitliyin, insan hüquqlarının qorunmasına, Müstəqil dövlətin vətəndaşlarının asayişinin təmin olunmasına xidmət edən bu quruma diqqət və qayğını əsirgəmir. Son vaxtlar Respublikanın bir sıra şəhərlərində yeni, nümunəvi, müasir standartlara cavab verən məhkəmə binalarının inşası da bunun əyani sübutudur.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova dedi ki, Ədliyyə Nazirliyi 97 illik tarixi dövrü ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib.

Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin rəisi Reyhanə Kərimova ölkədə, o cümlədən, Ədliyyə sistemində gedən inkişafdan danışdı.

Yasamal Rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov Ədliyyə sisteminin cəmiyyətdə yüksək nüfuza malik olduğunu vurğuladı.

Yasamal Rayon məhkəməsinin hakimi Mətanət Qasımova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova öz çıxışlarında ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından söz açdılar. Ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirdilər.

Sonda xatirə tortu kəsildi.

Keçidlər