Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici tədbir keçirmişdir

17 noyabr 2015 | 11:00

Yasamal Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi qrupu, Azərbaycan Milli QHT Forumu ilə birgə Yasamal rayonu Bakı Biznes Universitetində “Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzusunda maarifləndirici tədbir keçirmişdir. Narkomaniyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu müzakirə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Bakı Biznes Universitetinin tələbə və müəllim kollektivinin iştirakı ilə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə, həmçinin törətdiyi sosial bəlalar mövzusunda söhbət aparılmışdır.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi fəlsəfə doktoru Vüsal Məmmədov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsləhətçi-psixoloqu Emin Babayev, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələri mövzu ətrafında çıxışlar edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmışdır. Həmçinin tədbir zamanı ictimaiyyət nümayəndələrini maraqlandıran sual və təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər