Şriftin ölçüsü :

Saytın rəngi :

Dalğalan, enməz bayraq!

06 noyabr 2015 | 11:00

Yasamal rayonu 308 saylı tam orta məktəbdə 9 Noyabr-Dövlət Bayrağı Günü münasibətilə “ Dalğalan, enməz bayraq!” adlı tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi. Məktəbin direktoru Təranə Məmmədova öz çıxışında bildirdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildi. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli -mənəvi dəyərlərə və ümumbəşəri ideal-lara sadiqliyimizi nümayiş etdirir.

Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında maraqlı slayd nümayiş olundu. 10-cu sinif şagirdlərinin ifasında “ Türkün türklə ədavətə haqqı yox”, 11-ci sinif şagirdlərinin ifasında “Sarı gəlin” kompozisiyaları təqdim olundu. ”Əsgər marşı” mahnısının sədaları altında “ And içmə” mərasimi isə böyük təntənə ilə qarşılandı.

Tədbirdə 308 saylı məktəbin direktor müavini Ziyafət Əliyeva, Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vaqif Məmmədov çıxış etdilər.

Bayram tədbirinin yekununda şagirdlərin ifasında “ Çırpınırdı qara dəniz” mahnısı zalda əsl coşğu yaratdı.

Keçidlər