Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə xeyriyyə tədbiri

24 sentyabr 2015 | 10:00

Yasamal rayon İcra Hakimiyyətində dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri, o cümlədən tənha və kimsəsizlər, Qarabağ Müharibəsi veteranları, 1-ci və 2-ci qrup əlilləri, 20 yanvar şəhid ailələri, BVM və Əmək veteranları, Gözdən Əlillər Cəmiyyətinin üzvləri, Çernobıl Əlilləri Cəmiyyətinin üzvləri, eləcə də Yasamal rayonunda məskunlaşmış məcburi köçkün ailələri ilə görüş keçirildi.

Görüşdə Yasamal rayon İcra Hakimiyyəti rəhbərliyi rayon sakinlərini Qurban bayramı münasibəti ilə təbrik edərək bildirmişdir ki, öz demokratizmi, humanizmi ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

Tədbirdə ölkə başçısı cənab İlham Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinə olan diqqət və qayğısından danışılmışdır. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Bu il də, ənənəvi hal kimi, Yasamal Rayon İcra Hakimiyyəti rayon sakinlərinə, ümumilikdə 1500 nəfərə, bayram sovqatı payladı.

Keçidlər