Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Sülh Günü “ qeyd olundu

21 sentyabr 2015 | 10:00

Yasamal rayonundakı 117 saylı körpələr evi-uşaq bağçasında “ Sülh Günü “ nə həsr olunmuş “ Biz sülhə səs veririk” adlı tədbir keçirildi. 

Tədbirdə 17, 82, 98, 99, 117, 121 saylı körpələr evi-uşaq bağçalarının kollektivləri iştirak etdi. Bayram proqramı Azərbaycan Respublikasının Dövlət Himninın səsləndirilməsi və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması ilə açıq elan olundu.

Tədbirdəki sərgidə balacaların “ Sülh” mövzusuna aid əl işləri nümayiş etdirildi.Bayram proqramında uşaqların ifasında şer və mahnılar səsləndi. Biri-birindən rəngarəng milli və avropa rəqsləri hamının ürəyincə oldu.

“Yolumuz Qarabağa “və “Sarı gəlin “adlı kompozisiyaları hamını valeh etdi.

Tədbirin sonunda sülhün rəmzi olan goyərçin quşları səmaya uçuruldu.

Keçidlər