Home Contact Phone
background
  • Ünvan: Az-1100, Yasamal rayonu, Mətbuat prospekti, 37a
  • Faks: (+99412) 533-08-06
  • E-mail: mail@yasamal-ih.gov.az

Xəbərlər

  • Milli Musiqi günü

    Milli Musiqi günü

    2019-09-18

    18 sentyabr- Azərbaycanda Milli Musiqi günüdür. Bu gün Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Hər il ənənəvi olaraq keçirilən Milli Musiqi günü Azərbaycanda musiqi bayramına çevrilib.Üzeyir bəyin adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Onun yaratdığı musiqilər təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da böyük uğurla səslənir. Onun tarixdə qoyduğu iz heç nə ilə müqayisə oluna bilməz.

  • Yasamal rayonunda əhalinin siyahıyaalınması il...

    Yasamal rayonunda əhalinin siyahıyaalınması ilə bağlı tədbir keçirildi

    2019-09-17

    Sentyabrın 17-də Yasamal rayonu 158 saylı tam orta məktəbdə, cari ilin oktyabr ayında həyata keçiriləcək əhalinin siyahıyaalınması tədbirinə hazırlıq məqsədilə maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxsləri və Statistika Komitəsinin əməkdaşları iştirak etdilər.

  • Yasamal rayonunun 161 nömrəli orta məktəbi yen...

    Yasamal rayonunun 161 nömrəli orta məktəbi yeni tədris ilində qapılarını şagirdlərin üzünə açdı

    2019-09-16

    Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ərazisində yerləşən məktəb ötən il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Bu il açılışdan sonra yeni tədris ilində ilk dəfə olaraq Cəfər Cabbarlı adına 161 nömrəli orta məktəb qapılarını şagirdlərin üzünə açdı.

  • Yasamal rayonunda abadlıq-quruculuq işləri

    Yasamal rayonunda abadlıq-quruculuq işləri

    2019-09-14

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin əsaslı sosial infrastruktur layihələrinin həyata keçirilməsi davam edir. Rayonun bir çox ərazilərində, eləcə də İnşaatçılar prospekti, 7 ünvanında yerləşən 175 və 176 saylı tam orta məktəblərin həyətyanı sahələrində və ətrafında abadlıq, yenidənqurma və təmizlik işləri aparılır.

  • Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 illiyi ...

    Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 illiyi qeyd olundu

    2019-09-12

    Yasamal rayon Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 İlliyinə” həsr olunmuş sərgi-tədbir təşkil olundu. Sərgidə təsviri sənətin bütün növləri üzrə 35 rəssamın 40-a yaxın işi yayımlandı.

  • Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzi...

    Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Mətbuat prospektinin sakinlərilə görüşdü

    2019-09-12

    Sentyabrın 12-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, Mətbuat prospekti18/7 ünvanının sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • Kənd təsərrüfatı yarmarkaları fəaliyyətini...

    Kənd təsərrüfatı yarmarkaları fəaliyyətini davam etdirir

    2019-09-07

    Yasamal rayonunda Seyfəddin Dağlı küçəsində (Space TV-nin qarşısında), Yeni Yasamal – 2, 8 nömrəli evin arxasında (istirahət parkı ilə üzbəüz), Dadaş Bünyadzadə küçəsi, 7 nömrəli binanın yanında, Şərifzadə və N.Hikmət küçələrinin kəsişməsində və İnşaatçılar metrosunun yanında təşkil olunan kənd təsərrüfatı yarmarkaları fəaliyyətini davam etdirir. Müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə mövsümi və xüsusi vasitələrlə saxlanılmış kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Müvafiq qurumlar tərəfindən məhsulların keyfiyyətinə və qiymətlərinə nəzarət olunur. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

  • D.Bünyadzadə küçəsi, 8 və 9-cu binaların h...

    D.Bünyadzadə küçəsi, 8 və 9-cu binaların həyətləri abadlaşdırıldı

    2019-09-07

    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun avqustun 29-da rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, D.Bünyadzadə küçəsi, 8 və 9-cu binaların sakinlərilə keçirdiyi səyyar qəbul-görüşü zamanı vətəndaşları narahat edən əsas məsələlərin binanın qarşısına asfalt örtüyünün çəkilməsi və ağacların budanması ilə bağlı idi.

  • Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ə...

    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Həsən Bəy Zərdabi prospektinin sakinləri ilə görüşdü

    2019-09-05

    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Həsən Bəy Zərdabi prospekti 61-ci məhəllənin sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • Yasamal rayonunda ali məktəblərə qəbul olan t...

    Yasamal rayonunda ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirildi

    2019-09-05

    Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin akt zalında böyük təntənə ilə rayon ümumtəhsil məktəblərindən ali məktəblərə yüksək bal toplamış tələbələrlə görüş - tədbir keçirildi.

  • Yasamal rayonunda illərlə quruyaraq ətraf mühi...

    Yasamal rayonunda illərlə quruyaraq ətraf mühitə təhlükə törədən ağacların və qurumuş budaqların kəsilməsinə başlanıldı

    2019-09-02

    Sentyabrın 1-də saat 9:00-dan başlayaraq axşam 21:00-dək Yasamal rayonunun bir çox ərazilərində, o cümlədən Hüseyn Cavid prospektində, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, Ayna Sultanova, Məmməd Rahim, Haqverdiyev küçələrində uzun illər ərzində quruyaraq insan həyatı, ümumiyyətlə ətraf mühitə təhlükə törədən ağacların və ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işlərinə başlanıldı.

  • Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Ə...

    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüş keçirdi

    2019-08-29

    Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü avqustun 29-da rayon İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, D.Bünyadzadə küçəsində, 8 və 9-cu binanın sakinlərilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər

  • Baş nazirin müavini Əli Əhmədov kənd təsər...

    Baş nazirin müavini Əli Əhmədov kənd təsərrüfatı yarmarkasında olub

    2019-08-22

    Avqustun 22-də Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mətbuat nümayəndələrinin iştirakı ilə Yasamal rayonu Seyfəddin Dağlı küçəsində, Space TV-nin qarşısında təşkil olunan kənd təsərrüfatı yarmarkasında olub.

  • Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzi...

    Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hüseyn Cavid prospektinin sakinləri ilə görüşdü

    2019-08-22

    Avqustun 22-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində 528-ci məhəllənin sakinlərilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • İcra başçısı Nəriman Nərimanov prospektinin...

    İcra başçısı Nəriman Nərimanov prospektinin sakinlərilə görüşdü

    2019-08-15

    Avqustun 15-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati dairəsinin ərazisində, 173 saylı tam orta məktəbin həyətində Nəriman Nərimanov prospektinin sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • Yasamalda Qurban bayramında qurbanlıq heyvanlar...

    Yasamalda Qurban bayramında qurbanlıq heyvanların kəsimi qaydalara uyğun həyata keçirildi.

    2019-08-12

    Hər zaman milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşanAzərbaycan xalqı Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Bu bayram cəmiyyətimizdə mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilir. Adi günlərlə müqayisədə daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyi Qurban bayramında qurbanlıq heyvanın kəsiminin qaydalara uyğun, sanitar-gigiyena tələbləri çərçivəsində həyata keçirilməsinə xüsusi diqqət yetirilməlidir. Kəsimdən əvvəl və sonra müvafiq baytarlıq müayinəsinin keçirilməsi heyvandan insana keçə biləcək xəstəliklərin qarşısının alınması baxımından zəruri şərtdir.

  • Heydər Əliyev Fondu Yasamal rayonunun da aztəmi...

    Heydər Əliyev Fondu Yasamal rayonunun da aztəminatlı ailələrinə də qurban payları çatdırdı.

    2019-08-12

    Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır.

  • Qurban bayramı münasibətilə xeyriyyə tədbiri...

    Qurban bayramı münasibətilə xeyriyyə tədbiri təşkil olundu

    2019-08-11

    Yasamal rayon İcra Hakimiyyəti dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri keçirdi.

  • Əziz Əzizovun sakinlərlə növbəti səyyar qə...

    Əziz Əzizovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi

    2019-08-08

    Avqustun 8-də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində Dərəçiçək MTK-nın İsfəndiyar Zülalov küçəsində inşa etdiyi yaşayış binasının sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • Avqustun 7-də Yasamal rayonunun 2019-cu ilin biri...

    Avqustun 7-də Yasamal rayonunun 2019-cu ilin birinci yarısının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi

    2019-08-07

    Avqustun 7-də Yasamal rayonunun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi. Hesabat iclasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məruzə ilə çıxış etdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə toxunulan məsələlər barədə iclas iştirakçılarına ətraflı məlumat vermişdir.

  • Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə...

    Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Tağı Şahbazi və Eldar Ağayev küçəsinin sakinləri ilə səyyar qəbul-görüş keçirdi.

    2019-07-30

    İyulun 30-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 2 nömrəli sahə inzibati dairəsinin ərazisində, 11 saylı körpələr evi-uşaq bağçası həyətində T.Şahbazi küçəsi, 583-cü məhəllənin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • Yasamal rayon İcra Hakimiyyətinin başçısı Ə...

    Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yeni Yasamal sakinləri ilə səyyar qəbul-görüş keçirdi

    2019-07-25

    İyulun 25-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 4 nömrəli sahə inzibati dairəsinin ərazisində, Yeni Yasamal II, 10 saylı binanın həyətində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzi...

    Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xiyabani küçəsində sakinlər ilə görüşdü

    2019-07-18

    İyulun 18-də Yasamal rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsinin ərazisində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü Xiyabani küçəsi, 6 və 8 saylı binanın sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyə...

    Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirildi

    2019-07-12

    Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Həmin gün ulu öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ümummilli Lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır.

  • Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzi...

    Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Hüseyn Cavid prospektinin sakinlərilə görüşdü

    2019-07-11

    Yasamal rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində iyulun 11-də Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü Hüseyn Cavid prospekti 46-nın sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

əvvəlki [2] növbəti