Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu.

31 iyul 2015 | 10:00

Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək əsasını ulu öndər Heydər Əliyevin qoyduğu azərbaycançılıq ideologiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, gənclərin maariflənməsinin əhəmiyyətini qeyd edib, Azərbaycandakı dini tolerantlıq mühitindən söhbət açıb. İcra başçısının müavini azərbaycançılıq ideologiyasının təbliğində gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.

TUMİB-in sədri Çingiz Bayramov ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsinin hər bir azərbaycanlı gənc üçün qürur mənbəyi olduğunu bildirib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdirinin müavini Ceyhun Məmmədov və başqaları çıxış edərək gənclər arasında dini maarifçiliyin daha çox təbliğ olunmasının və dini radikalizmə qarşı mübarizə tədbirlərinin davam etdirilməsinin vacibliyini bildiriblər.

Keçidlər