Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibəti ilə tədbir.

01 avqust 2015 | 10:00

1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Bu tarix Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir.

Yasamal Rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə, Akim Abbasov küçəsi 25 ünvanında salınmış,Yasamal  istirahət parkında“Azərbaycan əlifbası və Azərbaycan dili günü”   münasibətilə bayram konserti keçirilib.

Konsertdən öncə parkın giriş hissəsində Yasamal rayon Mərkəzləşdirilmiş  Kitabxana Sisteminin təşkil etdiyi “Ana dilim şirindir!” adlı sərgidə ənənəvi informasiya daşıyıcılarından başqa, müasir informasiya vasitələrindən, o cümlədən, CD disklərdən istifadə olunmuşdur. Kitab sərgisi tədbir iştirakçılarının marağına səbəb oldu.

Bayram tədbirində Yasamal Rayon İ.M.Əbilov adına Mədəniyyət Mərkəzinin rəqs ansamblları,A.Şərifzadə adına Mədəniyyət Mərkəzinin  xalq çalğı alətləri  ansamblı,şer müsabiqəsinin laureatları,incəsənət ustaları  konsert proqramı ilə çıxış etmişlər.

Tədbirdə rayonun idarə və təşkilatları,rayon ziyalıları,ictimaiyyət nümayən-dələri,ümumtəhsil məktəblərinin kollektivləri,uşaq tərbiyə müəssisələrinin nümayəndələri  və rayon sakinlərindən  2500 nəfərdən çox tamaşaçı iştirak etmişdir.

Keçidlər