Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərin təntənəli surətdə qarşılanması tədbiri keçirildi.

24 iyul 2015 | 10:00

Yasamal rayon İcra Hakimiyyəti Aparatı və Yasamal rayonu Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti idarəsi hərbi xidmətdən ehtiyata buraxılmış doğma rayon sakinlərini qarşılayıb, onlara hərbi biletlərini təntənəli surətdə təqdim etdilər və valideynlərə gözaydınlığı verdilər.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova qeyd etdi ki, Azərbaycan Respublikası vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında ölkə başçısı cənab İlham Əliyev sərəncam imzalayıb.Bu gün də belə tədbirlər yeniyetmə və gənclərimizin vətənə sədaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi məsuliyyətinin artırılmasında mühüm əhəmiyyət kəsb edir.Bildirdi ki,onların hərbi xidmətlərini ləyaqətlə başa vurmaları,Vətən qarşısında ,Dövlət qarşısında,xalqımız qarşısında, canlarından keçmiş milli qəhrəmanların ruhu qarşısında alnı açıq,üzü ağ öz borclarını yerinə yetirmələri bütün gənclərimizə örnək olmalıdır.

Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Namiq Hüseynov öz çıxışında doğma torpağımızı qorumaqdan,onun keşiyində durmağın hər bir Azərbaycanlının müqəddəs borcu olmasından danışdı. Ona görə biz Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşib ,əmr olunsa əgər hər birimiz Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanımız uğrunda canımızdan keçməliyik. Sürətlə inkişaf edən ölkəmizdə, dövlətimizin ordu quruculuğu sahəsində,dövlət başçımızın ordumuza olan diqqət və qayğısı göz qabağındadır.

Tədbirdə çıxış edənlər rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov,rayon Ağsaqqallar cəmiyyətinin sədri Kərim Kərimov,rayon Ziyalılar cəmiyyətinin sədri Rasim Nəbiyev,rayon Müharibə və Əmək Veteranları şurasının sədri Almaz Qasımova və başqaları torpaqlarımızın 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual mövzulardan biri olduğunu bildirdilər.

Valideynlər adından çıxış edən Çiçək Ağayeva qeyd etdi ki, artıq bütün valideynlər öz övladlarını ürəklə nizami ordumuzda xidmət etməyə göndərə bilirlər. Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində ölkəmizdə sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, ordu quruculuğunun da mühüm amillərdən biri hesab olunduğunu vurğuladı.
Hərbi biletlərin təntənəli təqdim edilməsi gənclərdə fəxr hissi ilə qarşılandı.

Bədii hissədə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərliyi tərənnüm edən mahnılarla çıxış etdi.

Keçidlər