Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibəti ilə xeyriyyə tədbiri

15 iyul 2015 | 10:00

Yasamal rayon İcra Hakimiyyətində on bir ayın sultanı Ramazan bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ,o cümlədən Qarabağ Müharibəsi veteranları, 1-ci və 2-ci qrup əlillərlə görüş keçirildi.

Görüşdə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova rayon sakinlərini Ramazan bayramı münasibəti ilə  Yasamal rayon İcra Hakimiyyəti Başçısının adından təbrik edib, onlara can sağlığı, tutduqları oruc və diləklərinin həyata keçməsini arzuladı. İnsanların qəlbini və ruhunu ilahi hikmətlə nurlandıran Ramazan bayramının cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin  nümayiş etdirməsindəki rolundan söz açdı.

Sonda 250 nəfərdən çox aztəminatlı rayon sakinlərinə Yasamal rayon İcra Hakimiyyətinin və “Seni” humanitar yardım təşkilatının bayram sovqatları  paylandı.

Keçidlər