Şriftin ölçüsü :

Saytın rəngi :

Mikayıl Müşfiq-107

05 iyun 2015 | 10:00

107 il öncə dünyaya göz açan Azərbaycanın nakam şairi Mikayıl Müşfiqi anmağa gələnlər onun büstü qarşısında toplaşdılar. Şairlər, yazıçılar, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin büstü ətrafında keçirilən tədbirdə ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən geniş söhbət açdılar. Bildirildi ki, Mikayıl Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir. Müşfiqin "Yenə o bağ olaydı", “Oxu, tar" və bir sıra başqa şerləri poeziya xəzinəsinin inciləri sırasındadır.

Anma mərasimində Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini pedaqogika üzrə fəlsəfə doktoru Təravət Muradova, “Müşfiq ocağının” yaradıcısı,ehtiyyatda olan polkovnik Əbdülhəsən Əhmədov, Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin vitse-prezidenti, filologiya üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, “Bərmək” İctimai Birliyinin sədri Adil Sadıqov, şair Oqtay Rza, “Zirvə” İctimai Birliyinin sədri Minayə Feyzullayeva, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Sənan Talıbov, müğənni Rəşad İlyasov və başqaları görkəmli poeziya ustasının yaradıcılığından söz açdılar.

Sonda Müşfiqsevərlər Xızı şəhərinə yola düşüb Mikayıl Müşfiqin ev muzeyində tədbiri davam etdirdilər.

Tədbir AzTV,İTV,Space Televiziyaları vasitəsilə işıqlandırıldı.

Keçidlər