Şriftin ölçüsü :

Saytın rəngi :

“1 İyun-Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir

01 iyun 2015 | 10:00

“1 İyun-Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “Gələcək nəsil” valideynlər klubunda bayram tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan klubun təsisçisi və rəhbəri Arifə Ələkbərova klubun fəaliyyətindən danışdı. Klubda ikiqat bayram keçirilməsini qeyd etdi: həm 1 iyun-Uşaqların Beynəlxalq müdafiəsi günü, həm də klubun balaca məzunlarının məktəbə yola salınması mərasimidir.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova uşaqları təbrik etdi və Prezidentimiz İlham Əliyev tərəfindən körpələrə olan qayğının daim diqqət mərkəzində saxlanmasından, gələcəyimiz olan balacalara vətənpərvərlik ruhunun aşılanmasından danışdı. Uşaqlarımızda milli təfəkkürün formalaşdırılması prioritet istiqamətlərdən biri olduğunu dedi. Bildirdi ki, bu məsələyə böyük həssaslıqla yanaşan ölkəmizin birinci xanımı UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi müxtəlif layihələr uşaqların sağlam gələcəyi və təminatı üçün böyük əhəmiyyət kəsb edir.

Tədbirdə balaca məzunlarin ifasında azərbaycan,rus,ingilis, fransız dilində şer və mahnılar səsləndi. Bayaram tədbirində nümayiş olunan “Avropa Oyunları-2015” və “Göyərçinlər” kompozisiyası hamının marağına səbəb oldu.

Keçidlər