Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun orta məktəblərində Son zəng tədbirləri keçirildi

29 may 2015 | 10:00

Yasamal rayonunun orta məktəblərində “Son zəng” həyəcanı yaşandı. Bu gün məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunurdu.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova və Rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları Yasamal Rayonunda yerləşən ümumtəhsil məktəblərinin Son zəng tədbirlərində iştirak etdilər.

Başçının müavini Təravət Muradova məzunları və onların valideynlərini, müəllim kollektivini Rayon İcra Hakimiyyəti Başçısı adından təbrik edib onlara ən xoş arzularını bildirdi. Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalan gənclərimizin hər zaman milli təfəkkürün, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirdiklərini vurğuladı. Gənclərimizin hərtərəfli inkişafı, onların dünya birliyinə inteqrasiyası prioritet sahələrdəndir. Azərbaycanlı gənclər savadlı, sağlam düşüncəli gənclərdir. Arzumuz onları Azərbaycanımıza, dövlətimizə,millətimizə xidmət edəcək yüksək mütəxəssislər kimi görməkdir.

T.Muradova bildirdi ki, bu il yasamal rayonunda müxtəlif nominasiyalar üzrə Respublika birinciliyini qazanan şagirdlərin sayı xeyli artmışdır, ümüdvarıq ki, üzümüzə gələn tədris illərində rayonumuzun uğurları daha çox olacaqdır.

Tədbirdə məzunların hazırladıqları musiqili kompozisiyalar hamıda xoş əhval-ruhiyyə yaratdı.

Keçidlər