Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Ailə gününə həsr olunmuş tədbir keçirildi

15 may 2015 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Ailə gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova, Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının Qadınlar şurasının sədri Tamilla Şahbazova, rayon Ziyalılar Cəmiyyətinin sədri Rasim Nəbiyev, rayon Ağsaqqalar Şurasının sədri Kərim Kərimov, Gənclər İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Əsgərova, 5 saylı uşaq poliklinikasının baş həkimi Ədilə Seyidova, 3 saylı şəhər poliklinikasının psixoloq həkimi Fəxriyyə Məmmədova, ali və orta-ixtisas təhsili müəssisələrinin təşkilatlarının rəhbərləri , KİV nümayəndələri və digər qonaqlar iştirak etdilər.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər.

Daha sonra Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Əsgərova rayon sakinləri Təbriz Həşimov və Cəmilə Bayramovanın nigahını təsdiqləyib, nigah haqqında şəhadətnaməni onlara təqdim etdi.

Sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova tədbiri giriş sözü ilə açaraq, fiziki və mənəvi baxımdan sağlam ailənin sağlam cəmiyyətin və güclü dövlətin özülü olduğu fikrini qeyd etdi.

Yasamal rayon 3 saylı şəhər poliklinikasının psixoloq həkimi Fəxriyyə Məmmədova qan qohumluğu ilə bağlanan nigahların və bu nigahların törətdiyi fəsadlar, digər irsi xəstəliklər haqqında danışdı.

Digər çıxışlar zamanı “ Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında, böyük dayaqdır. Ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir” fikirləri səsləndirildi.

Sonda Beynəlxalq Ailə gününə həsr olunmuş video-çarx nümayiş olundu.

Keçidlər