Şriftin ölçüsü :

Saytın rəngi :

Kitab mənim ən yaxın dostumdur adlı tədbir keçirildi

30 aprel 2015 | 10:00

Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbdə “Kitab mənim ən yaxın dostumdur” adlı tədbir keçirildi Tədbirdə Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, uşaq yazarı, professor Zahid Xəlil, dramaturq Əli Əmirli, yazarlar Arzu Soltan, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Sevinc Rəsulova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı İsmayıl Məmmədli, məktəb direktorları, kitabxana və ev muzeylərinin rəhbərləri iştirak ediblər.

Fondun Yasamal rayonu üzrə nümayəndəsi, 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənova son zamanlar mütaliəyə xüsusi diqqət ayrıldığını, uşaqların kitaba marağının artdığını deyib.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov mütaliənin gənclərin tərbiyəsində və dünyagörüşünün inkişafında rolundan danışıb, uşaqlarda kitaba sevginin formalaşdırılmasında orta məktəblərin qarşısında duran vəzifələrdən söhbət açıb.

Fondun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun birbaşa missiyası olan maarifçilik fəaliyyətində mütaliənin əvəzsiz olduğunu vurğulayıb. İcraçı direktor Bilik Fondunun kitabların, oxu mədəniyyətinin təbliğatı sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Tədbirdə şagirdlər tərəfindən el ağsaqqalı Dədə Qorqudun öyüdləri, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan C.Cabbarlı, C.Məmmədquluzadə, M.Ə.Sabirin əsərlərindən nümunələr səsləndirilib, iştirakçılara müxtəlif musiqi nömrələri təqdim olunub.

Keçidlər