Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans

07 may 2015 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirildi. Konfransda Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədr əvəzi Tağı Əhmədov, AMEA-nin Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Ədalət Qasımov, Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Yasamal rayon Ziyalılar Cəmiyyətinin sədri Rasim Nəbiyev,Yasamal rayon bələdiyyəsinin sədri Zakir Cəfərov, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin direktorları, KİV nümayindələri və digər qonaqlar iştirak etdilər.

Mərkəzin foyesində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunmuş rəsm sərgisinə baxış keçirildi.

Qonaqlar Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin əziz xatirəsini yad etdilər və Mərkəzin “Muzey” bölməsindəki eksponatlarla tanış oldular.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev Heydər Əliyev şəxsiyyəti, onun ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi misilsiz xidmətlərindən danışdı.

Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olundu.

AMEA-nın Tarix İnstitutunun Əliyevşunaslıq şöbəsinin müdiri , tarix elmləri doktoru Ədalət Qasımov “ Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu” mövzusunda məruzə ilə çıxış etdi.

Daha sonra Yasamal rayon Yeni Azərbaycan Partiyasının sədr əvəzi Tağı Əhmədov ulu öndərin məqsədyönlü siyasətinin onun layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Sonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı və 173 saylı tam orta məktəbin şagirdlərinin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş kompozisiya səsləndirildi.

Keçidlər