Şriftin ölçüsü :

Saytın rəngi :

I Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində Yasamal rayonunda ümumrayon iməciliyi keçirilmişdir

11 aprel 2015 | 10:00

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlkaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə I Ümumrespublika Yaşıllaşdırma Marafonu çərçivəsində Yasamal rayonunda rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə rasyonun bir neçə yerində- Bakı Dairəvi yolun kənarlarında, “Kempinski-Badamdar” otelinin ətrafında ağasc əkilməszi və yaşılllaşdırma tədbiri – ümumrayon iməciliyi keçirilmişdir.

1200 nəfər İməcələkdə iştirak edərək 2100 dekorativ ağac və bəzək kolu əkmişlər. Ağacların bir qismi nadir ağac növləri olmaqla digər xarici ölkələrdə\n gətirilmişdir. İməcilikdə, həmçinin əkilmiş ağaclar suvarılmış, dirəklərlə möhkəmləndirilmişdir.

Bundan başqa rayonun bütün idarə, mnüsəssisə və təşkilatrarına məxsus ərazilərdə abadlıq, sanitariya-gigiyena tədbirləri, yaşılllaşdırma tədbirləri həyata keçirilmişdir. Bu tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan DFövlət Pedaqoji Kolleci , 1 və 2 saylı Tibb Kollecləri, Respublika Klinik Xəstəxanası, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, rayonun digər idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak etmişlər.

2015-ci il may ayının 10-dək hər həftənin şənbə və bazar günlərində Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ağacəkmə yaşıllaşdırma marafonu çərçivəsində tədbirlər davam etdiriləcəkdir.

Keçidlər