Şriftin ölçüsü :

Saytın rəngi :

“Olimpiya həyəcanını hiss et”devizi altında tədbir keçirildi

09 aprel 2015 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Olimpiya həyəcanını hiss et”devizi altında tədbir keçirildi. Tədbirdə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi, “Azad Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Samirə Mustafayeva, “News Baku” xəbər portalının baş redaktoru Tofiq Əzizov, beynəlxalq və hərbi jurnalist Gülnaz Qəmbərli, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatları və tələbələri, Qeyri Hökumət Təşkilatları iştirak etdilər.

Azərbaycan son zamanlar möhtəşəm tədbirlərə ev sahibliyi edir. Bu ənənə uğurla davam etməkdədir. Bu tədbirlərdən biri də 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa ölkələri arasında Olimpiya Oyunlarıdır. Bu gün ölkəmizdə bu tədbiri yüksək səviyyədə keçirmək üçün müxtəlif sahələrdə geniş miqyaslı işlər görürlər.

Bu ilin iyununda, Azərbaycanın paytaxtı - Bakıda keçiriləcək Avropa ölkələri arasında Olimpiya Oyunlarını Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatları keçirir.

Bakıda Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. I Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmış və Mehriban xanım Əliyeva Təşkilat komitəsinin sədri təyin edilib. Təşkilat Komitəsi Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edilməsi ilə bağlı geniş fəaliyyətə başlayıb.

“Azad Gənclərin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Samirə Mustafayeva çıxışında qeyd etdi ki "Biz gənclər arasında ilk Avropa Olimpiya Oyunları barədə maarifləndirici, təbliğat xarakterli tədbirlər keçirməyə başlamışıq.

Layihənin məqsədi gənclər arasında Olimpiya Oyunları barədə bilikləri artırmaqdır və bu hadisədə bizim gənclərimiz maksimum dərəcədə biliklərə yiyələnməlidirlər. Layihə nəticəsində gənclər arasında Olimpiya Oyunları haqqında təsviri formada biliklər təbliğ olunacaq. Gənclər Olimpiya Oyunlarının tarixindən bu günə kimi bütün məlumatları qısa və aydın formada əldə edəcəklər ki, bu da onların bu bilikləri daha asan qavramasına şərait yaradacaq".

Tədbirin sonunda Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına həsr olunmuş video-çarx nümayiş olundu.

Keçidlər