Şriftin ölçüsü :

Saytın rəngi :

“Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçrilib

06 aprel 2015 | 10:00

Yasamal  Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin birgə təşkilatçılığı ilə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçrilib.

Yasamal rayon  İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev  1-ci Avropa oyunlarının yüksək səviyyədə keçirilməsi üçün dövlətimizin böyük səylər göstərdiyini, prezident İlham Əliyevin bu məsələyə xüsusi diqqətlə yanaşdığını qeyd etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat Komitəsinin Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq etdiyini, qitənin bu nüfuzlu yarışlarının bütün parametrlərinə görə ən yüksək səviyyədə baş tutması naminə inamla və əzmkarlıqla çalışdığını vurğuladı. Bildiridi ki, Birinci Avropa oyunlarının məhz Bakıda keçirilməsi Azərbaycana göstərilən etimatdan və inamdan qaynaqlanır. Sonra I Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Yasamal rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəziflər barədə məlumat verildi. Bildirildi ki, Idmançıların və qonaqların hərəkəti marşurutu rayonda 7 km uzunluğunda yolu əhatə edir. 2014-cü ilin əvvəlindən başlayaraq bu marşurut ərazisində genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. Tədbirlər planında rayonun hüquq mühafizə orqanlarının, məznil istismar sahələrinin, rabitə,elektrik enerjisi, su, qaz təsərrüfatı müəssisələrinin rəhbərlərinin gücləndirilmiş iş rejimində fəaliyyətləri nəzərdə tutulur.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusunda təqdimatla çıxış edərək bildirdi ki, Mərkəz tərəfindən aparılan təhlillər, irimiqyaslı idman tədbirləri keçirmiş digər ölkələrin təcrübəsinin öyrənilməsi fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. müəssisələrin birgə mümkün fəaliyyətinin 14 istiqaməti müəyyən edilib.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Təhlükəsizlik Əməliyyatları üzrə obyektlərin qrup meneceri xanım Karin Halifa Azərbaycanın nailiyyətləri, idman sahəsində qazandığı uğurlar, ölkəmizə göstərilən böyük etibarın və inamın təzahürü olan 1-ci Avropa oyunları haqqında geniş məlumat verdi. Oyunlara hazırlıq və keçirilməsi dövründə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində də görüləcək işlərdən danışdı.

Digər çıxışlarda da  Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr bardə məlumat verildi.

Keçidlər