Şriftin ölçüsü :

Saytın rəngi :

“ Həyatla oyun” adlı teatr tamaşası nümayiş etdirildi

16 fevral 2015 | 11:00

Yasamal rayonunun 153 saylı tam orta məktəbinin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırladığı Bakı Uşaq Teatrının ifasında “Həyatla oyun” adlı teatr tamaşası nümayiş etdirildi.

Teatr tamaşasının təqdimatını Bakı Uşaq Teatrının bədii rəhbəri İntiqam Soltan etdi. Sonra Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov çıxış etdi. Teatr tamaşasının nümayişinə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Milli Konservatoriyanının, Bakı Biznes Universitetinin, Azərbaycan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin, 1 saylı Bakı Tibb Kollecinin və 2 saylı Bakı Baza Tibb Kollecinin tələbələri, Yasamal rayonunun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri dəvət olunmuşdular.

Bakı Uşaq Teatrının aktyor truppasının yüksək peşəkarlıqla ifa etdiyi “ Həyatla oyun” adlı teatr tamaşası tamaşaçıların sürəkli alqışları ilə müşayiət olundu.

Keçidlər