Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar memorial abidə kompleksi önündə əklilqoyma mərasimi keçirilmişdir

20 yanvar 2015 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin  xatirəsinə ucaldılmış 20 yanvar memorial abidə kompleksi önündə 20 yanvar hadisələrinin 25-ci il dönümü ilə əlaqədar əklilqoyma mərasimi keçirildi.

Tədbir abidə önündə əklillər və gül dəstələri qoyulması ilə başladı.

Anım mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Şəhidlərimizin ölməz ruhları bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Yasamal rayon İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, rayon bələdiyyəsinin üzvləri və əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ictimai təşkilatların təmsilçiləri, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Keçidlər