Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir

16 yanvar 2015 | 11:00

Yasamal rayonundakı 31 saylı tam orta məktəbin iclas zalında rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.         

Hesabat iclasını giriş nitqi ilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ramin Əliyev açaraq, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin il ərzində gördüyü işlər barədə məlumat verərək bildirmişdir ki, nümayəndəlik ərazisində 15656  ev təsərrüfatı, 59732 ailə təsərrüfatı  üzvü haqqında məlumat qeydə alınmışdır.   2014-cü il ərzində Nümayəndəliyin ərazisində yaşayan sakinlərin sosial əhəmiyyətli sifarişləri öyrənilmiş, nümayəndəliyə müraciət edən vətəndaşların problemləri araşdırılmış və bu barədə rayon İcra Hakimiyyəti Başçısına məlumatlar təqdim edilmişdir.    

Yasamal Rayon İcra  Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi rayon ərazisində keçirilən tədbirlərdə və rayonun ictimai - siyasi həyatında yaxından iştirak etmişdir. Buna əyani misal olaraq Yasamal  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Memarlığ və İnşaat Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91 - ci ildönümünə həsr olunmuş “ Heydər Əliyev: dövlət gənclər və idman siyasəti ” mövzusunda keçirilən konfransda iştirak etmişdir.       

Yığıncaqda çıxış edən Yasamal rayon Əmək, Müharibə, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları sədri Almaz Qasımova, Yasamal rayon Bələdiyyə sədri Zakir Cəfərov, Yasamal Rayon Şəhid Ailələri və Qarabağ Müharibə Əlilləri İctimai Birliyinin Sədr Müavini Bəhram Şeydayev son illər Yasamal rayonunda görülən əzəmətli quruculuq işlərindən danışmış, əhalisinin sosial müdafiəyə ehtiyacı olan  təbəqələrinə göstərilən  xidmət daim  diqqət mərkəzində olduğunu qeyd  etmişlər.         

Rayon  sakini Nemətova Şəhla ölkə başçısı cənab İlham Əliyev tərəfindən Yasamal Rayonuna xüsusi diqqətini qeyd edərək ölkə başçısına öz   minnətdarlığını  bildirmişdir.      

Yığıncaqda çıxış edən Yasamal rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Şahin Məmmədov, rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi idarəsi üzrə nümayəndəliyində görülmüş işlər və  qarşıda duran vəzifələrdən bəhs edərək öz tövsiyyələrini bildirmişdir.

Daha sonra yığıncaqda çıxış edənlər rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü il üçün hesabatını qənaətbəxş hesab etmişlər. Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olunmuşdur.

Keçidlər