Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi

08 noyabr 2014 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində “Zəka və Ülviyyət Maarifləndirmə” İctimai Birliyi və “Zirvə” Ziyalılar Təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon Icra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Zöhrab Cəfərov ,“Zirvə” Ziyalılar Təşkilatının prezidenti, tanınmış rəssam, Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin müəllimi Minayə Feyzullayeva, “Zəka və Ülviyyət Maarifləndirmə” İctimai Birliyinin sədri, “Zirvə” Ziyalılar Təşkilatının vitse-prezidenti Elmira Ağayevanın və “Zəka və Ülviyyət” beynəlxalq elmi-ictimai jurnalının baş redaktoru, “Zirvə” Ziyalılar Təşkilatının sədri Ləman Hacıyeva, Azərbaycan Respublikası Təhsil Şurasının sədri Əjdər Ağayev, AZTV-nin əməkdaşı Əminə Əfəndiyeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri, AYB-nin üzvü Mətanət Şirvanlı, Moskvada yaşayan xeyriyyəçi Sona Əsgərova, gənc diplomat- Rəfiqə Əsgərova və digər qonaqlar iştirak etdilər.

Tədbir iştirakçıları Mərkəzin "Muzey" bölməsi ilə yaxından tanış oldular.

Tədbir iştirakçıları qeyd etdilər ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirmişdir.

“Zəka və Ülviyyət” beynəlxalq elmi-ictimai jurnalının baş redaktoru, “Zirvə” Ziyalılar Təşkilatının sədri Ləman Hacıyeva Dövlət Bayrağı Günü münasibəti ilə qonaqları təbrik etdi. Məktəblilər öz növbələrində hazırladıqları kompozisiyaları nümayiş etdirdilər.

Sonda Dövlət Bayrağı Gününə həsr olunmuş video-çarxa və məktəblilərin hazırladığı rəsm sərgisinə baxış keçirildi.

Keçidlər