Şriftin ölçüsü :

Saytın rəngi :

“1 oktyabr – Beynəlxalq Ahıllar Günü” münasibətilə bayram tədbiri keçirildi

01 oktyabr 2014 | 10:00

Yasamal  rayonundakı “Elite” şadlıq sarayında  “1 oktyabr – Beynəlxalq Ahıllar Günü” münasibətilə bayram tədbiri keçirildi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ahılları əlamətdar bayram münasibətilə təbrik edib, onlara uzun ömür arzulaydı. İ.Mehdiyev bildirdi ki, 1992-ci ildə BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Ölkəmizdə 1993-cü ildən etibarən oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi keçirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşib, 22 iyun 2001- ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökümət təşkilatları ilə birlikdə tədbirlər görülməkdən ibarətdir. Ölkəmizdə bu qəbildən olan insanlar daim diqqət və qayğı ilə əhatə olunurlar. Onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə dövlətimiz tərəfindən davamlı tədbirlər həyata keçirilir.

Tədbirdə çıxış edən ahıl vətəndaşlar onlara göstərilən yüksək qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Bayram süfrəsi ətrafında keçirilən tədbir maraqlı konsert proqramı ilə davam etdi. Ahıllar doyunca rəqs edib, şənləndilər.

Keçidlər