Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev: Qayıdışla başlayan milli qurtuluş” mövzusunda elmi-nəzəri konfrans

15 iyun 2014 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev: Qayıdışla başlayan milli qurtuluş” mövzusunda elmi-nəzəri konfrans keçirildi.

Konfransda Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, rayon Ziyalılar Cəmiyyətinin sədri Rasim Nəbiyev, rayon ziyalıları, ictiami və siyasi xadimlər və digər qonaqlar iştirak edirdi.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək ulu öndərin əziz xatirəsini yad etdilər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.

Yasamal rayon İcra Hakimiyyətinin Başçısı  İbrahim Mehdiyev tədbiri açaraq bayram münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi. 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, dövlətçilik, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulduğunu, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı.

Nizaməddin Şəmsizadə, Fikrət İsmayılov çıxışları zamanı Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiyaya son qoyulduğu, ölkədə cinayətkarlığın qarşısının tam alındığı, bütün qanunsuz silahlı dəstələrin ləğv olunduğunu  və bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yarandığını qeyd etdilər.

Tədbirin sonunda “Xalqa bağışlanan ömür” adlı film nümayiş olundu.

Keçidlər