Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Respublika Günü qeyd edildi

29 may 2014 | 10:00

Mayın 28-də Yasamal İstirahət Parkında Yasamal rayon İcra Hakimiyyəti «ANS» teleradio yayım şirkəti ilə birlikdə «28 May» Respublika Gününə həsr edilmiş bayram konserti təşkil etdi.

Bayram konsertində tanınmış mədəniyyət və incəsənət nümayəndələri maraqlı proqram ilə çıxış etdilər. Saat 21-də başlayan bayram konserti gecəyarıyadək davam etdi.

Konsert proqramını tamaşaçıların izdihamlı kütləsi müşahidə etdi. Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Yasamal rayon İcra Hakimiyyəti Başçısının aparatı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri, həmçinin, ətraf ərazilərdə yaşayan sakinlər konserti sonadək seyr etdilər.

Keçidlər