Şriftin ölçüsü :

Saytın rəngi :

“28 May-Respublika Günü” nə həsr olunmuş bayram tədbiri keçirildi

28 may 2014 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində “28 May-Respublika Günü” nə həsr olunmuş bayram tədbiri keçirildi.

Tədbirdə Respublika İncəsənət Gimnaziyasının, 21 saylı tam orta məktəbin şagird və müəllimləri, rayon sakinləri iştirak etdilər.

Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Mərkəzin muzey bölməsi ilə tanış oldular, ulu öndərin büstünü ziyarət edərək ümummilli liderin əziz xatirəsini yad etdilər.

Mərkəzin kiçik elmi işçisi Günel Hüseynova tədbir iştirakçılarını salamlayaraq bayram münasibətilə qonaqları təbrik etdi. Daha sonra məruzə ilə çıxış edərək 96 il bundan əvvəl-1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı siyasi şəraitdən, Azərbaycan Demokratik Respublikasının gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərdiyindən, müstəqil Azərbaycan Cümhuriyyətinin qısa ömründə əldə etdiyi böyük nailiyyətlər və qalibiyyətlərdən söz açdı. Həmçinin vurğuladı ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrilmiş, Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etmiş və yalnız 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etmişdir. Azərbaycan xalqı əldə etdiyi dövlət müstəqilliyi, inkişafı və tərəqqisi üçün birmənalı olaraq, öz böyük oğlu, ümummilli liderimiz, müstəqil Azərbaycanın banisi və qurucusu Heydər Əliyevə minnətdardır, onun dühasına, onun iradəsinə dövlətçilik və milli birlik uğrunda ardıcıl, yorulmaz və qalibiyyətli mübarizəsinə borcludur.

Tədbir bayram şənliyi ilə davam etdi.

Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin musiqiçiləri Aslan Əzimzadə və Gülnarə Yusifovanın ifasında musiqi nömrələri təqdim olundu. 21 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Novruzova Nərmin Məmməd Arazın “Ayağa dur Azərbaycan” şeirini ifa etdi. Tədbirin sonunda Müzəffərzadə Mədinənin ifasında “Qaval” rəqsi təqdim olundu.

Keçidlər