Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin oxucularla görüşü keçirildi

23 may 2014 | 10:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın tanınmış detektiv yazıçısı Çingiz Abdullayevin 55 illik yubileyi ilə əlaqədar oxucularla görüşü keçirildi.

Tədbirdə kitabsevərlər, gənc oxucular və tələbələr iştirak etdilər.

Azərbaycan Yazıçılar Biriliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev və tədbir iştirakçıları Mərkəzin muzey  bölməsində yerləşən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək gül dəstələri qoydular.

Tədbir əsasən yazıçı ilə oxucuların sual-cavablarından ibarət fikir mübadiləsi formatında keçdi. Çingiz Abdullayev oxucular tərəfindən ona ünvanlanan sualları cavablandırdı.

Görüş zamanı Çingiz Abdullayevə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən yubiley plaketi təqdim olundu.

Sonda yazıçı öz ürək sözlərini bölüşərək  görüşün təşkilatçılarına minnətdarlığını bildirdi.

Tədbir kütləvi informasiya vasitələri tərəfindən lentə alındı.

Keçidlər