Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu istirahət parkında təntənəli Novruz şənliyi keçirili

19 mart 2014 | 11:00

Yasamal rayonu istirahət parkında rayon İcra Hakimiyyətinin təşəbbbüsü ilə təntənəli Novruz şənliyi keçirili

Şənlikdə iştirak edən hər kəsin üzündə, gözündə, sevinc, fərəh hissi duyulurdu. Buraya toplaşan əmək veteranları rayon zəhmətkeşləri, qonaqlarla səmimi söhbət edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev uşaqdan böyüyə hamını bayram münasibətilə təbrik edib, hər kəsə Azərbaycanımızın xoşbəxt sabahı uğrunda mübarizədə uğurlar dilədi. Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar.

Respublikanın əməkdar artisti Abbasqulu Nəcəfzadənin zurnada ifa etdiyi qədim el havaları könülləri ehtizaza gətirdi, əməkdar artist Teyyub Aslanovun, müğənnilərdən Orxan Babayevin, Gülnarə İlhamqızının, aşıq Məharət Zabiloğlunun oxuduğu mahnılar əsl bahar çoşğusu, ab-havası yaratdı. 2 saylı İncəsənət məktəbinin “Aysel” rəqs qrupunun, Əbilov adına mədəniyyət klubu incəsənət ustalarının, Bakı uşu məktəbinin idmançılarının Qusardan gəlmiş kəndirbazların rəngarəng çıxışları alqışlarla qarşılandı.  Teatrlaşdırılmış Novruz səhnəcikləri buraya toplaşan uşaqların ürəyincə oldu. Əsrlərin o üzündən yol gələn ağsaçlı Dədə Qorqud şənliyə toplaşanları bayram münasibəti ilə təbrik etdi.

Yurdumuza qədəm qoyan Novruz hər kəsin qəlbində oyanan təbiətin yaşıl, heykəlini qoydu. Ulu öndərimiz Heydər Əliyevin bu əziz bayram haqqında dediyi sözlər yada düşdü: “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin anlar yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz Bayramını heç kəs heç  vaxt unutmayıbdır”.

Minilliklərin o üzündən yol gələn milli sərvətimiz unudularmı?

Bayramınız mübarək!

Keçidlər