Şriftin ölçüsü :

Saytın rəngi :

05 mart «Bədən tərbiyəsi və idman günü» münasibəti ilə «Azərbaycan idmanının dünəni, bu günü və sabahı» mövzusunda konfrans keçirilmişdir

04 mart 2014 | 11:00

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2005 - ci  il tarixli sərəncamı ilə elan edilmiş 05 mart «Bədən tərbiyəsi və idman günü» münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətinin akt zalında «Azərbaycan idmanının dünəni, bu günü və sabahı» mövzusunda konfrans keçirilmişdir. Konfransda Yasamal rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mehdiyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi  Raqif Abbasov iştirak  etmişdir.

Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İ.Səfərov açaraq idarə tərəfindən yeniyetmə və gənclər arasında bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində atılmış addımlardan söz açmışdır. O, bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq 05 mart «Bədən tərbiyəsi və idman günü» elan edilmiş, «Əməkdar bədən tərbiyəsi və idman xadimi» adı təsis edilmişdir. Bu da ölkə rəhbərliyinin idmana olan tükənməz qayğısının bariz nümunəsidir. İ.Səfərov idarə tərəfindən təşkil edilmiş yarışlardan söz açmış, qeyd etmişdir ki, bu yarışlarda kütləviçiliyə nail olunması idarənin qarşısında duran başlıca vəzifələrdəndir.

Konfransda bir qrup idman ictimaiyyəti nümayəndələri fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırıldı. Konfransın sonunda ölkə Prezidenti cənab İlham Əliyevə rayon  idman  ictimaiyyəti  adından  müraciət  ünvanlandı.

Keçidlər