Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi yad edilib

02 aprel 2022 | 11:00

Bu gün Vətən müharibəsinin şəhidi Teymur Həsənovun xatirəsi onun 2-ci Fəxri Xiyabandakı məzarı önündə yad edib.Şəhidin əziz xatirəsi hərbi və dini qaydalara uyğun olaraq anılıb. Anım mərasmində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,şəhidin yaxınları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Teymur Həsənov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına uğrunda" medalı və "Cəbrayılın azad olunması uğrunda” medalı ilə təltif edilmişdir.

Tədbirdə bildirildi ki, bütün şəhidlərimizin ruhu indi şaddır, çünki Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi və bu gün Şuşa və digər torpaqlarımızda bayrağımız dalgalanır. Mərasimdə çıxış edən şəxslər şəhidin şərəfli döyüş yolundan söz açdılar.

 

 

 

 

 

 

 

 

Keçidlər