Xəlilov Zahid İsmayıl oğlu (1911-1974) — Sovet və Azərbaycan SSR dövlət xadimi, görkəmli riyaziyyatçı-alim, akademik, 1962-1967-ci illərdə Azərbaycan SSR ElmlərAkademiyasının Prezidenti olmuşdur. Görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi, akademik Z.Xəlilov SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçilmiş, "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı" ordenləri ilə təltif olunmuş, bir çox başqa mükafatlara layiq görülmüşdür.1974-cü il fevral ayının 4-də 63 yaşında vəfat etmişdir. Məzarı Fəxri xiyabandadır.