Zülfü Səməd oğlu Adıgözəlov — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycanın əməkdar artisti (1943).Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər.