Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (d. 13 sentyabr 1905 – ö. 1960) — Azərbaycanın görkəmli teatr və kino aktyoru, əməkdar artist.Süleyman Tağızadə 13 sentyabr 1905-ci ildə Gəncə şəhərinin Çayqıraxlı məhəlləsində anadan olmuşdu. Pedoqoji texnikuma daxil olmuşdu.Sonra Bakı Teatr texnikumunda təhsilini davam etdirmişdi.Bir müddət Azdramda, sonra Gənc tamaşaçılar teatrında çalışmışdı.