Salayev Sübhi Haşım oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademik1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritə"sinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır."Azərbaycanın neft yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotektonik xəritəsi", SSRİ-nin neftqazlılıq xəritələri, Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları, SSRİ-nin neftli-qazlı ərazilərinin tektonikası xəritələrinin müəlliflərindən biridir.Azərbaycanın əməkdar elm xadimidir."Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri, medallar və Respublikanın Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdirSalayev Sübhi Haşım oğlu - geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan EA akademiki. Salayev Sübhi Haşım oğlu Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962-1990-cı illərdə "Neft və qaz geologiyası" şöbəsinə və "Neft geologiyası" şöbəsinə və "Neft geologiyası" laboratoriyasına rəhbərlik etmişdir.1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1988-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritə"sinə görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır."Azərbaycanın neft yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotektonik xəritəsi", SSRİ-nin neftqazlılıq xəritələri, Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları, SSRİ-nin neftli-qazlı ərazilərinin tektonikası xəritələrinin müəlliflərindən biridir.Onun rəhbərliyi altında 30-dan çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. 350-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.Azərbaycanın əməkdar elm xadimidir. "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri, medallar və Respublikanın Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdir.