İzmir - Türkiyənin üçüncü böyük şəhəri. Əhalisinin sayı 2015-ci il etibarilə 4.168.000 nəfərdir.İzmir (türkcə. İzmir;Latınca: Smyrna; Yunanca Σμύρνη Smyrne)-Türkiyədə əhalisinin sayına görə (2015 ci ilin məlumatına görə 4,2 milyon adam ) üçüncü və limanların sayına görə İstanbuldan sonra ikinci böyük şəhərdir. İzmir vilayətinin mərkəzi sayılır. İzmir - Aralıq dənizi hövzəsində olan ən qədim şəhərlərdən biridir.Mövcudluğu boyunca şəhər tərəqqi və tənəzzül dövrləri ilə dolu zəngin tarixə məxsusdur. İzmirin qərbində dənizi, çimərliklər və termal mərkəzləriylə Çeşmə yarımadası uzanar.Antik dövrlərin ən məşhur şəhərləri arasında olan Efes, Romanın imperatorluq dövründə dünyanın ən böyük şəhərlərindən bir idi.Bütün Yunan mədəniyyətinin zənginliklərini kökündə saxlayan Efes, bədii fəaliyyətlərlə də adını təsdiq etmişdir. Buna görə də şəhərə "Gözəl İzmir", "Köhnə İzmir" və "la Perle de l'Ionie" (İyonya'nın İncisi) deyirdilər.