İnşaatçılar — Bakı Metropolitenininin ikinci yolunda, "Elmlər Akademiyası" və "20 yanvar" stansiyaları arasında yerləşən stansiyası.Tunelin tikintisi zamanı, "Elmlər Akademiyası" - "İnşaatçılar" stansiyaları arasında gözlənilməz və inanılmaz gücdə su axını başlamışdır. Bu, Bakı Metropolitenində, tikinti zamanı baş vermiş ən böyük və yeganə hadisə idi. Tikinti işləri, qəza ərazisində su axınının maye azotla dondurulması üsulu ilə davam etdirilmişdir. Stansiyanın adı bu tikintidə iştirak etmiş Metropoliten işçilərinin şücayəti şərəfinə olaraq "İnşaatçılar" adlandırılmışdır. Stansiyaya daxil olan qatarlarda "Dağlar qızı Reyhan" mahnısından fraqment səslənir.