42) İsbəndiyar Zülalov (azərb. Zülalov İsbəndiyar Adil oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.1963-cü il 5 dekabr tarixində Bakıda anadan olub. Geoloji kəşfiyyat idarəsində fəhlə işləyib. Hadisədən sonra iki yaşlı qız övladı qalıb. Həmin gecə 1 nömrəli taksi maşınları parkının yanında hərbçilər tərəfindən atəşə tutulmuş, aldığı yaralardan yerindəcə həlak olmuşdur. Mərhumun meyidi yanvarın 20-də mərkəzi ölüxanadan tapılıb. Şəhidlər xiyabanında dəfn edilib.