Qanlı yanvarın şanlı günündə, 19 yanvarda saat 00.00 radələrində Fəridə Abbasova yaşadığı Bakı şəhərində 11-ci Giriş küçəsinin 1-ci binasının həyətində paltarları sərərkən hər bir Azərbaycanlının nifrət etdiyi Sovet Ordusunun əsgərləri tərəfindən yağı gülləsi ilə vurulur. Yağı gülləsi onun ürəyini dəlib dayandı. Həkim gələnədək isə Fəridə xanım keçinərək Azərbaycanın Azadlıqı uğrunda canından keçən şəhidlərdən biri oldu və Qəhrəman olaraq əbədiyyata qovuşdu.20 yanvarda mərhumu dəfn etmək üçün onun meyidi Nardarana aparılarkən hərbiçilər buna mane oldu. Amma hərbiçilərin manelərinə baxmayaraq onun meyidi gizli yollar ilə Nardarana aparıldı və torpaqa tapşırıldı. 1992-ci ildə ölümündən sonra Müstəqil Azərbaycan Respublikasının I-ci Prezidenti cənab Ayaz Mütəllibovun fərmanı ilə ən yüksək fəxri ada Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz" fəxri adına layiq görülmüşdür.1998-ci ildə 29 dekabr tarixində isə Fəridə xanım Azərbaycan Respublikasının III Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adına layiq görülmüşdür.