Zərgərpalan küçəsi- Küçəyə bu ad hələ 1917-ci ilin inqilabından əvvəl qoyulmuşdur. Sovet dövründə demək olar ki, bütün küçələrin adları dəyişdirilmişdir. Küçələrin əsasən əksəriyyətinə Bakıya heç bir aidiyyatı olmayan, və hətta Azərbaycan xalqına qarşı cinayətləri ilə “tanınmış” sovet və partiya xadimlərinin adları qoyulurdu.1929 –cu ildən Spasskaya kimi tanınan küçəyə 1993-cü ildə Zərgərpalan adı verilmişdir.