1943-cü ilin payızında Ukrayna paytaxtı Kiyevin azad edilməsi uğrunda döyüşlərdə tankçılar batalyonun komandiri mayor Xıdır Mustafayev xüsusilə fərqlənmişdir.1943-cü ilin noyabrın 5-dən 6-na keçən gecə Xıdır Mustafayev zərbəçi tank batalyonuna komandir təyin edilir. Komandırın təklifi ilə qurulan strateji plana uyğun olaraq batalyonun qarşısına gözlənilmədən düşmənin arxasına keçib Kiyevdən 70 kilometr aralıda yerləşən Fastov şəhərini tutmaq vəzifəsi qoyulmuşdur. Ayın 6-sı axşam Mustafayevin tankçıları şəhərə daxil olaraq dəmiryol vağzalını ələ keçirdilər. 5 saata yaxın davam edən küçə döyüşləri nəticəsində sovet tankçıları alman qarnizonunu darmadağın edərək Fastov şəhərini onlardan tamamilə təmizlədi. Düşmən döyüş meydanında 64 zenit topu, 43 tank, 16 eşalon, 40 min tona yaxın yanacaq, 5 parovoz və 40 silah ambarını qoyaraq, qaçdı.1945-ci ildə Bakıya gəlir, bir müddət İçəri şəhərdə yerləşən Bakı Şəhəri Hərbi Kamendaturasına rəhbərlik etmiş, sonra mülki işə keçmiş, Azərbaycan SSR Abtomobil Nəqliyyatı Nazırlıyındə şöbə rəisi, 1 nömrəli Bakı Taksomator Parkının direktoru vəzifələrində şalışmışdır. Xıdır Mustafayev 21 may 1976-cı ildə 71 yaşında Bakıda vəfat etmiş, 1-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.