Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar)  Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) (1906 – 18 sentyabr 1988) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Onun bir mövzusu var idi - Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edirdi.Bakı şəhərində onun adını daşıyan Mədəniyyət fəaliyyət göstərir. daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairi. Şeirlərini türk dili (azərbaycan dili) və fars dillərində yazmışdır. M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olmuşdur.[2] Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə "Heydərbabaya salam" əsəri 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur.