Əbdülvahab Salamzadənin — Azərbaycanın görkəmli sənətşünas-alimi, memar, akademik, Azərbaycan SSR əməkdar inşaatçısı.Əbdülvahab Salamzadə 1916-cı il fevralın 16-da Şamaxıda anadan olmuşdur. Salamzadə erkən yaşlarından bədii sənətkarlığa, inşaata bağlı olmuş, tarixi - memarlıq abidələrimizə hədsiz maraq göstərmiş, memar kimi yetişmişdi.Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.Salamzadənin müxtəlif illərdə yazdığı «Abidələr danışır» (Bakı, 1952), «Azərbaycan memarlıq abidələri» (Bakı, 1958), «Əcəmi Naxçıvani» (Bakı, 1976), «Arazboyu abidələr» (K.Məmmədzadə ilə birgə; Bakı, 1979) və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Bu görkəmli alimin M.Hüseynov və L.Bretanitski ilə birgə hazırladığı «Azərbaycan memarlıq tarixi» adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) milli memarlıq tariximizdə müstəsna əhəmiyyətə malikdir. O, həm də Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq etmişdir.Əbdülvahab Salamzadənin — Azərbaycanın görkəmli sənətşünas-alimi, memar, akademik, Azərbaycan SSR əməkdar inşaatçısı.Əbdülvahab Salamzadə 1916-cı il fevralın 16-da Şamaxıda anadan olmuşdur. Salamzadə erkən yaşlarından bədii sənətkarlığa, inşaata bağlı olmuş, tarixi - memarlıq abidələrimizə hədsiz maraq göstərmiş, memar kimi yetişmişdi.Ədbülvahab Salamzadə Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərdəndir, Naxçıvan, Şirvan memarlıq məktəblərin öyrənilməsində onun müstəsna xidmətləri olmuşdur, Təbriz və Arran memarlıq məktəblərinin elmi cəhətdən müəyyənləşdirilməsi, onların kəşfi isə bilavasitə akademik Əbdülvahab Salamzadənin xidmətidir.Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmırdı. Alim bütün ömrü boyu Azərbaycanın bölgələrini gəzmiş, tarixi abidələrin vəziyyəti ilə tanış olmuş, onların ölçülərinin çıxarılmasında, bərpa eskizlərinin çəkilməsində iştirak etmişdir. O, 1962-ci ildən Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini idi. Tarixi abidələrin bərpa işlərində yaxından iştirak edirdi.Salamzadənin müxtəlif illərdə yazdığı «Abidələr danışır» (Bakı, 1952), «Azərbaycan memarlıq abidələri» (Bakı, 1958), «Əcəmi Naxçıvani» (Bakı, 1976), «Arazboyu abidələr» (K.Məmmədzadə ilə birgə; Bakı, 1979) və bir çox başqaları hələ uzun illər boyu elmə xidmət edəcək. Bu görkəmli alimin M.Hüseynov və L.Bretanitski ilə birgə hazırladığı «Azərbaycan memarlıq tarixi» adlı fundamental əsəri isə (rus dilində; Moskva, 1963) milli memarlıq tariximizdə müstəsna əhəmiyyətə malikdir. O, həm də Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olmuş, Şuşa, Şəki kimi qədim şəhərlərimizin şəhərsalma mədəniyyətini tədqiq etmişdir.Akademik Əbdülvahab Salamzadə 1983-cü il avqustun 19-da dünyasını dəyişmişdir.