Bədəlbəyli Şəmsi Bədəl bəy oğlu — tanınmış Azərbaycan aktyoru və rejissoru, Azərbaycanın xalq artisti. 23 fevral 1911-ci ildə – Şəmsi Bədəlbəyli Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində görkəmli pedaqoq və ictimai xadim Bədəlbəy Bədəlbəylinin (1875-1932) və Rəhimə xanım Qacarın (1880-1966) ailəsində dünyaya gəlmişdir. 1987-ci il, 24 may - Şəmsi Bədəlbəyli vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.