70) Mstislav Leopoldoviç Rostropoviç (27 mart, 1927, Bakı-27 aprel, 2007, Moskva) – əvəzolunmaz violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri sayılır. Dahi həmyerlimiz bir neçə ali mükafatlara, o cümlədən Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülmüşdür.Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir.Rostropoviç Moskva konservatoriyasına cəmi 16 yaşında qəbul olur və burada piano və violenç ifaçılığı ilə yanaşı dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnir. Müəllimləri arasında isə Dmitri Şostakoviç və Sergey Prokofiyev kimi sovet-rus musiqisinin nəhənglərini misal göstərmək olar. Rostropoviç 1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülməklə istedadlı violenç kimi nəzər-diqqətləri cəlb edir.Rostropoviç ilk violenç konsertini 1942-ci ildə verir. 1947, 1949 və 1950-ci illərədə Praqa və Budapeştdə keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olur. 1950-ci ildə isə cəmi 23 yaşında o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülür. Artıq bütün SSRİ-də şöhrət qazanmış gənc və son dərəcə istedadlı Rostropoviç Leninqrad (indiki Sank-Peterburq) və Moskva konservatoriyalarında pedoqoji fəaliyyətlə də məşğul olur. 1955-ci ildə isə Bolshoy Teatrın sopranosu Galina Vişnevskaya ilə ailə həyatı qurur.1964-cü ildə Qərbi Almaniyadakı çıxışı ilə dünya klsassik musiqi sevərlərinin də rəğbətini qazanır. 1967-ci ildə Böyük Teatrda Çaykovskinin Yevgeni Onegin operasını ifa etməklə özünün operaya olan sonsuz sevgisi və yüksək dirijorluq istedadını da nümayiş etdirir.Rostropoviç Sovet ideologiyasının ən təhlükəli illərində belə sərhədsiz, siyasi təsir və təzyiqlərdən azad sənət, sərbəst fikir azadlığı və bu kimi kommunist ideologiyasına zidd demoktarik ideyaları çəkinmədən səsləndirmişdir. Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı illərdə göstərir. 1948-ci il 10 fevral tarixində "formalist" bəstəkarlar haqqında qəbul edilmiş fərman nəticəsində müəllimi Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə cavab olaraq 21 yaşlı Rostropoviç etiraz əlaməti olaraq konservatoriyanı tərk edir.1970-ci ildə isə Rostropoviç Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq verir. Soljenitsınla dostluq münasibətləri və digər dissidentlərə verdiyi dəstək səbəbindən Rostropoviç hakimiyyətin qəzəbinə tuş gəlir. Nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulur və Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilir.Nəhayət, Rostropoviç ailəsi ilə birgə 1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanır. Tezliklə vətənində musiqi fəaliyyətinə qəti qadağan tətbiq olunur və ardınca 1978-ci ildə Sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə Sovet vətəndaşlığından məhrum edilir.Rostropoviç gənc violenç nəslinin formalaşmasında əvəzsiz xidmətlər göstərmişdir. Bir çox violenç ifaçıları böyük sənətkara borclu olduqlarını açıq ifadə etmişlər. Dailiy Telegraph qəzetinin müxbiri Loyd Vebber Rostrpoviçi "bütün dövrlərin ən böyük violenç ifaçısı" adlandırmişdır.Onun istedadı Şostakoviç, Xaçaturyan, Prokofiyev, Britten, Messiaen, Dütiye, Bernşteyn, Pendereçki kimi dahi bəstəkarların musiqilərindən ilham alırdı. Rostropoviç digər sovet bəstəkarı Dmitri Kobolevski ilə birgə dahi bəstəkar Prokofiyevin ölümü səbəbindən tamamlaya bilmədiyi violenç üçün konsertini tamamlayır. Rostrpoviç Şostakoviçin violenç üçün konsetlərinin də ilkin ifaçisidır. O dahi bəstəkarı Birinci Konsertini London musiqi sevərlərinə təqdim edir və Benjamin Britten ilə yaxın dostluq və yaradıcılııq münasibətləri qurur. Britten özünün Violenç üçün Sonatasını (Cello Sonata), Solo suitalarını (Solo Suites) və Violonç üçün simfoniyasını da (Cello Symphony) Rostropoviç üçün bəstələmiş və dahi Rostrpoviç bu əsərlərin ilk ifaçısı olmuşdur.Həmyerlimizin Berlin Divarlarının dağıdılması zamanı gözlənilməz, tamamilə improvizasiyaya əsaslanmış ifası onun dünya nüfuzunu daha da artırır və onun bu qeyri-adi ifası televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirilir. 1990-cı ildə isə artıq Amerika vətəndaşı olmasına baxmayaraq ruslar onun Rusiya vətəndaşlığını bərpa edirlər.Rostrpoviç saysız-hesabsız mükafatlarla təltif olunmuşdur. Fransanın Şərəf Legionu Ordeni və saysız-hesabsız universitetlərin fəxri doktor mükafatlarını misal göstərmək olar. O, mədəniyyət və siyasətdə sərbəst fikir və ideya azadlığının yorulmaz müdafiəçisi idi. UNESKO-nun səfiri olmaqla bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləmişdir. O İspaniya şahzadəsi Şahzadə Sofiyanın yaxın dostu kimi də tanınırdı.Rostropoviç və həyat yoldaşı Galina Vişnevskaya Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak etmiş və Azərbaycanda iri miqyaslı peyvənd proqramını maliyyələşdirmişdir. 2002-ci il mart ayının 4-də sevimli həmyerlimiz dahi Rostropiviçin Bakıda ev muzeyi açılmışdir. Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı səfərlər etmiş və Azərbaycan Dövlət Konservatoriyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr bəxş etmişdir.Rostrpoviçin ifalarını 1711-ci ildə hazırlanmış bütün dövrlərin ən yüksək musiqi aləti kimi tanınan Duport Stradivarius adlı violenç olmuşdur.Mstislav Rostropoviçin Bakı şəhərində xatirə lövhəsi var.Mstislav Leopoldoviç Rostropoviç (27 mart, 1927, Bakı-27 aprel, 2007, Moskva) – əvəzolunmaz violenç ifaçısı və dirijor. Musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi kimi də tanınırdı. XX əsrin ən dahi violenç ifaçılarından biri sayılır. Dahi həmyerlimiz bir neçə ali mükafatlara, o cümlədədn Böyük Britaniya İmperiyasının 2-ci dərəcəli Cəngavər Ordeninə layiq görülmüşdür.