XX əsrin bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlərdən biri bəstəkar Qara Qarayevdir. O, musiqimizdə gələcəyə yeni yollar açan novator sənətkar idi. İllər boyu onun parlaq musiqisi, çoxşaxəli musiqi fəaliyyəti, alovlu publisistikası Azərbaycan və eləcə də bütün Sovet musiqisinin inkişafına təsir göstərmişdur. Qara Əbülfəz oğlu Qarayev Azərbaycan və SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. Qara Qarayev XX Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bəstəkarlarımızdan biri də Qara Qarayevdir. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürünün və yüzlərlə müxtəlif janrlarda yazılmış dünya şöhrətli əsərlərin müəllifi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına təsir göstərmiş, özünəməxsus yaradıcılıq yolu keçmiş, yeni nəfəs, yeni fikir gətirmişdir. Azərbaycanın görkəmli bəstəkarı, pedaqoqu, ictimai xadimi, Azərbaycan və SSRİ Xalq artisti Qara Qarayev haqqında tərtib olunmuş bu biblioqrafik vəsait bəstəkarın həyat və yaradıcılığının bütün dövrlərini əhatə edir.