Əsədov Gəray Lətif oğlu — Sovet İttifaqı Qəhrəmanı Beyləqan rayonunun Şahsevən kəndində dünyaya göz açmış və 1942-ci ildə hərbi xidmətə getmişdir. Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində məşhur Kursk əməliyyatında döyüşmüş: Ukrayna, Moldaviya və Rumıniyanın azad edilməsinə fəal iştirak etmişdir.Qvardiya serjant Gəray Əsədov Rumıniyanın Markita şəhəri uğrunda döyüşdə misilsiz qəhrəmanlıq göstərmişdir: Öz bədəni ilə düşmənin güclü atəş nöqtəsini susduraraq əməliyyatın uğurlu olmasını təmin etmişdir, Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir[1].Təhsil aldığı kənd məktəbinə və rayonun bir küçəsinə onun adı verilmişdir.