Firudin Ağayev- (1933-1995).Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radıo Verilişləri Komitəsində redaktor kimi başlamış (1958), sonra radio uşaq verilişləri redaksiyasında baş redaktor, televiziya uşaq verilişləri redaksiyasında baş redaktorun müavini, bədii verilişlər redaksiyasında baş redaktorun müavini, uşaq və gənclər verilişləri redaksiyasında baş redaktor, səhnə verilişləri redaksiyasının redaktoru, "İncəsənət" redaksiyasının baş redaktoru, "Ekran" yaradıcılıq birliyi redaksiya heyətinin üzvü, baş redaktoru , musiqili verilişlər baş redaksiyasının redaktoru, əyləncəli proqram redaksiyasının böyük redaktoru, "Gənclik" redaksiya proqramını hazırlayan qrupun redaktoru olmuşdur. Ədəbi yaradıcılığa 1953-cü ildə universitetin "Lenin tərbiyəsi uğrunda" qəzetində çıxan oçerk və hekayələri ilə başlamışdır. Onun "Ananın məktubu" hekayəsi 1956-cı ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilmişdir. Bundan sonra oçerk, hekayə, roman, pyes və ssenari sahəsində fəaliyyət göstərmişdir.Onun "Skripkanın qayıtması", "Həyat, söylə sən kiminsən?", "Leyla və onun dostları" ssenarilərınə telefılm çəkilmiş, "Qayğı", "Səməndər quşu", "Cırtdanın sərgüzəştləri", "Xoruz" pyesləri səhnəyə qoyulmuşdur. Medalla təltif olunmuşdur.