Əhməd Cəmil küçəsi — Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçə. Küçə Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı Əhməd Cəmilin adını daşıyır.  2015-ci ilin may ayında təmiri başa çatan Bəxtiyar Vahabzadə küçəsindən sonra ona perpendikulyar Əhməd Cəmil küçəsinin yenidən qurulmasına başlanılması nəzərdə tutulmuş 1 iyun 2015-ci il tarixdən təmirə başlanılmışdır. Küçənin açılışı 2015-ci ilin sentyabrında olmuşdur.