Əlibaba Abdulla oğlu Abdullayev- (1915-1980) — Azərbaycan rəqqası, Azərbaycan SSR xalq artisti, rəqs quruluşçusu, filmlərdə iştirak edən, arxiv kadrlarda iştirak edən əməkdar artist. Əlibaba Abdullayev 23 mart 1915-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblının (1936), Mahnı və Rəqs ansamblının (1941) bədii rəhbəri olub. Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb (1946-1947). Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında (Moskva, 1957) qızıl medala layiq görülüb. Nəlbəki və Vağzalı rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur. 1936-cı ildə Üzeyir Hacıbəyov onun haqqında yazıb: "Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır".